Trampla mübahisə edən jurnalistlə bağlı yekun qərar verildi…

Bir müddət öncə CNN-nin Ağ evə ezam etdiyi müxbiri Cim Akostanın ABŞ dövlət başçısı Trampla mübahisəsindən sonra həm mətbuat kartı, həm də Ağ evə giriş haqqınin əlindən alınması xəbəri xarici mətbuatın əsas gündəmi idi.

Dosye.org  xarici KİV-ə istinadən məlumat verir ki, bir neçə gün öncə keçirilən məhkəmədə yekun qərar olaraq Cim Akostanın mətbuat kartı özünə qaytarıldı.

ABŞ məhkəməsi keçirilən məhkəmə iclasında müxbirin bütün haqqlarının, yəni həm mətbuat kartı, həm də Ağ evə giriş haqqının özünə qaytarılmasına qərar verdi. Lakin burada bəzi düzəlişlər edilib.

Belə ki,yalnız Cim Akosta deyil, bütün jurnalistlər Ağ evdə keçirilən iclaslarda bir sual vermək haqqına sahibdirlər. Təkrarlanan suallar olunması arzuolunan sayılmır, hətta Donald Tramp ona ünvanlanan sualları bəyənmədiyi təqdirdə iclas zalını tərk etmək hüququna da sahib olacaq.

Cim Akostanın bu qaydaları pozması halında onun bərpa olunmuş bütün haqqlarının əlindən alınacağı qeyd olunub.

CNN-nin müxbiri Cim Akosta isə mətbuata verdiyi açıqlamada bütün qaydalarla razılaşdığını və haqlarının yenidən bərpa olunmasından çox sevincli olduğunu qeyd etdi.

Mətbuat konfransında nə baş vermişdi ?

ABŞ prezidenti Donald Tramp aralıq seçimləri ərəfəsində Ağ evdə jurnnalistlərin suallarını cavablandırmaq üçün təşkil etdiyi mətbuat konfransında CNN-nin müxbiri Cim Akostanın ard-arda verdiyi suallardan narahat olub. Belə ki, jurnalist Trampa ABŞ-a doğru istiqamət alan qaçqınlarla bağlı suallar ünvanlayıb. Tramp isə öz növbəsində jurnalistə dayanmasını söyləyib, hətta Ağ ev-in işçilərindən biri mikrafonu onun əlindn almaq istəsə də müxbir buna etiraz edib. Bundan sonra Trampla müxbir arasında mübahisə baş verib.

Konfransdan sonra mətbuata açıqlama verə Ağ evin sözçüsü Sara Sanders “bu gün yaşanan hadisədən sonra problem çıxaran CNN-nin müxbirin mətbuat kartı əlindən alınıb”- deyə bildirb.

Bu açıqlamadan sonra CNN Sandersi yalan danışmaqda ittiham edərək jurnalistin mətbuat kartının əlindən alınması kimi bir halın yaşanmadığını və bu cür halların yolverilməz olduğunu söyləmişdi.

Dosye.org

COMMENTS