Tuğba Ekinci açıq etiraf etdi

Türkiyəli tanınmış müğənni Tuğba Ekinci şəxsi həyatı ilə bağlı mediada səs-küy yaradacaq açıqlamalar verib.

 

Məşhur türk müğənnisi Tuğba Ekinci həmkarı Songül karlının aparıcılıq etdiyi proqrama qonaq olub. O, həyatı və şəxsi münasibətləri ilə bağlı bir sıra səmimi açıqlamalar da edib.

S.Karlının “Sən evlənməyi düşünmürsən?” sualına, gözlənilməz açıqlamaları ilə yadda qalan Ekinci bu dəfə də ənənəsinə sadiq qalıb: “Yox, düşünmürəm. Evlilik qadını deyiləm. Bir kişi ilə həyat sürmək mənə görə səhv fikirdir, mən bir kişiyə aid ola bilmərəm.”

Qeyd edək ki, 38 yaşlı müğənni bir müddət bundan əvvəl verdiyi açıqlamaların birində əzələli, güclü kişilər xoşladığını bildirmişdi.(ANS)

COMMENTS