“Turan Tovuz” “Sabah”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

“Turan Tovuz” “Sabah”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

Misli Premyer Liqasında 30-cu tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.

 

Əvvəlcə 4-cü pillədəki “Turan Tovuz” 5-ci sıradakı “Sabah”ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Əvvəlki 3 dövrədə bu komandalar arasındakı oyunlarda 1 dəfə “Sabah” qalib gəlib (2:1), 2 dəfə heç-heçə qeydə alınıb (2:2, 1:1).

Günün digər matçında 7-ci yerdəki “Sumqayıt” 8-ci pillədəki “Şamaxı” ilə qarşılaşacaq. Bu görüş isə saat 19:15-də start götürəcək.

Əvvəlki 3 dövrədə bu komandalar arasındakı oyunlarda 1 dəfə “Sumqayıt” qələbə qazanıb (2:1), 2 dəfə isə “Şamaxı” qalib gəlib (1:0, 1:0).

Misli Premyer Liqası, 30-cu tur

12 aprel

17:00. “Turan Tovuz” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu

19:15. “Sumqayıt” – “Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

13 aprel

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”

19:15. “Neftçi”– “Zirə”

11 aprel

“Səbail” – “Qarabağ” – 1:4

COMMENTS