“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşdi

“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşdi

“Turan Tovuz”u yeni mövsümdən çalışdıracaq baş məşqçisinin adına aydınlıq gəlib. 

Qol.az-ın xəbərinə görə, komandanı Yunis Hüseynov çalışdıracaq. Təyinatın bu həftəsonu açıqlanacağı gözlənilir. Bu məlumatı saytımıza açıqlamasında 57 yaşlı mütəxəssisin özü təsdiqləyib. O, yeni vəzifədə Əfqan Talıbovu əvəzləyəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl “Turan Tovuz”un növbəti mövsüm Premyer Liqada çıxış edəcəyi rəsmiləşib.

COMMENTS