Turistləri daşıyan gəmi batdı

İndoneziyada turistləri daşıyan gəmi batıb.

 

ANS PRESS-in məlumatına görə, gəminin batması nəticəsində 15 nəfər itkin düşüb. Gəmidəki 10 nəfər isə xilas olunub.

İndoneziyanın şərqindəki Lombok adasından Komodo adasına turistləri aparan gəminin hansı səbəbdən batdığı məlum deyil. Ətfardakı balıqçılar tərəfindən gəmidəki 10 adam xilas olunub. İtkin düşənlərin axtarışlarına başlanılıb.

Yerli mətbuat itkin düşənlərin axtarışlarına gec başlanıldığını yazır.

Xilas edilən turistlərin Yeni Zelandiya, İspaniya, Fransa və İngiltərə vətəndaşı olduqları bildirilir.

COMMENTS