Türk deputat Məhəmməd Peyğəmbəri də seçkiyə qatdı

Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Pelin Gündeş Bakır seçki ilə bağlı qəribə açıqlamalar verib.

Axar.az xəbər verir ki, dünən səs verən zaman Gündeş İslam Peyğəmbərini də Ərdoğanın seçki təbliğatına qatıb.

Prezidentliyə namizəd olan Rəcəb Tayyib Ərdoğannın bütün İslam dünyasının ümidi olduğunu deyən millət vəkili bu seçkinin nəticəsinin İslam dünyasına təsir edəcəyini bildirib:

“Düşünürəm ki, əgər Həzrəti Peyğəmbər gəlib bu səhnəni görsəydi hamımızla qürur duyardı”.

COMMENTS