Bakı-Sumqayıt yolunda baş vermiş qəza tıxaca səbəb oldu


Bakı-Sumqayıt yolunda baş vermiş qəza tıxaca səbəb oldu

Font ölçüsü

Səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.

Hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. Qəzaya səbəb isə iki maşın arasında ara məsafəsinin düzgün saxlanılmaması olub.

Belə ki, Sumqayıtdan şəhər istiqamətinə hərəkət edən “Mercedes S class” markalı avtomobil qarşıdakı “VAZ-2106” markalı avtomobil ilə ara məsafəsi saxlamayıb. Öndə olan maşının qəfil əyləcə basması isə qəzaya səbəb olub.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb. (Trend)

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.