Gürcüstan ordusunun azərbaycanlı əsgəri: "Məni döyüblər"


Gürcüstan ordusunun azərbaycanlı əsgəri: "Məni döyüblər"

Font ölçüsü

Gürcüstan ordusunda xidmət edən əsgər Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyünü iddia edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, hərbi hissədə xidmət edən əsgərlərin ondan pul tələb etdiyini bildirib.

K.Qəhrəmanov deyib ki, pulun tələb olunmasına etiraz etdiyinə görə bir neçə nəfər tərəfindən martın 9-da serjantın gözü qarşısında döyülüb.

Azərbaycanlı hərbçi iki gün ərzində ona tibbi yardım göstərilmədiyini bildirib: "Bu gün ailəmlə əlaqə saxlamışam və hərbi hissədən evə gətirilmişəm".

K.Qəhrəmanov Marneuli rayon hərbi hissəsinə şikayətlə müraciət edib. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya çatdırılıb.

Gürcüstanın Müdafiə Nazirliyi faktla bağlı hələlik heç bir açıqlama yaymayıb.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.