Türk respublikasının baş naziri istefa verdi

Türk respublikasının baş naziri istefa verdi

Başqırdıstanın baş naziri Rüstəm Mərdanov istefa verib.

Dosye.org  xəbər verir ki, bu barədə Başqırdıstan rəhbəri Radiy Xabirov deyib.

“Rüstəm Həbiboğlu başqa işə keçəcək. Onu fikrindən daşındırmağa çalışdım, amma onun RF Mərkəzi Bankında işləməsi respublikamız üçün vacibdir”, – Xabirov deyib.

Rüstəm Mərdanov 1964-cü ildə Başqırdıstanda anadan olub, ixtisasca iqtisadçıdır, istisad elmləri namizədidir. 2002-2012-cü illərdə Başqırdıstan Milli bankının rəhbəri olub, 2015-ci ilə qədər vitse-premyer, 2015-ci ildən indiyə qədər isə baş nazir vəzifəsini daşıyıb.

Dosye.org

COMMENTS