Top.Mail.Ru

Türkiyə Ermənistan ilə sərhəddə əməliyyatlara başladı

Türkiyə Ermənistan ilə sərhəddə əməliyyatlara başladı

Əməliyyat “KIRAN-4” adı altında aparılır

Türkiyə Silahlı Qüvvələri (SQ) Ermənistan ilə sərhəddə yerləşən Ağrı, Qars və İğdır vilayətlərində PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb.

Əməliyyat barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, əməliyyat “KIRAN-4” adı altında aparılır.

Qeyd olunur ki, əməliyyat həmin ərazilərdə sonuncu terrorçu məhv edilənə qədər davam edəcək. (Trend)

DOSYE.ORG

COMMENTS