Top.Mail.Ru

Türkiyə futbolunda üzücü olay

Türkiyə futbolunda üzücü olay

Türkiyə Superliqasının 23-cü turunda keçirilən “Kasımpaşa” – “Dənizlispor” matçında üzücü hadisə baş verib.

Qol.az xəbər verir ki, matçın ikinci hissəsində oyunu tribunadan izləyən “Kasımpaşa”nın sabiq idman direktoru Nursal Bilgin infarkt keçirib.

O, meydana çıxan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Oyunun baş hakimi Atili Karaoğlan bu səbəbdən görüşü dayandırmalı olub. Təcili yardım maşını arenanı tərk edəndən sonra oyun davam etdirilib.

Nursal Bilginə xəstəxanada ürək masajı və süni tənəffüs verillib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

DOSYE.ORG

COMMENTS