Top.Mail.Ru

Türkiyə hökuməti “Facebook” və “WhatsApp”a qarşı istintaq başladıb

Türkiyə hökuməti “Facebook” və “WhatsApp”a qarşı istintaq başladıb

Türkiyə Rəqabət Şurası “Facebook” və “WhatsApp” tətbiqetməsinə qarşı yeni istifadəçi qaydaları səbəbiylə istintaq başladıb.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Tənzimləyici “WhatsApp”ın yeni istifadəçi müqaviləsini də dayandırıb.
Bundan əvvəl yeni istifadəçi qaydalarının tətbiqi səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətinin və ölkənin müdafiə nazirliyinin “WhatsApp” messencerindən ayrılma qərarı verdiyi bildirilmişdi.
Prezidentin mətbuat xidməti qruplarını “Turkcell”ə ​​məxsus başqa bir şifrəli mesajlaşma tətbiqinə – BiP-yə köçürməyə qərar verib.

COMMENTS