Türkiyə kəşfiyyatının (Milli İstihbarat Təşkilatı – MİT) sabiq rəhbəri Hakan Fidan parlament seçkilərində iştirak etmək üçün hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizədliyini irəli sürmüşdü.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakan Fidan millət vəkilliyinə namizədliyini geri götürüb. MİT-in keçmiş başçısı bununla bağlı yazılı bəyanat verib. Hakan Fidan bildirib ki, bundan sonra ona həvalə edilən istənilən vəzifənin öhdəsindən gəlməyə hazırdır.
Qeyd edək ki, Hakan Fidan 7 iyunda keçiriləcək parlament seçkilərində iştirak edəcəyi üçün MİT rəhbərliyindən istefa vermişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun bu addımına qarşı idi.
COMMENTS