Türkiyə ordusu İŞİD-in Suriyadakı mövqeyini məhv etdi

İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Suriya ərazisindən türk hərbçilərinə atəş açıb bir nəfəri öldürdükdən sonra Türkiyə ordusu tank və artilleriya vasitəsilə yaraqlıların həmin ərazidəki mövqelərini məhv edib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ölkənin Hərbi Hava Qüvvələri həmin əraziyə pilotsuz F-16 qırıcı təyyarələri də göndərib.

Türkiyə silahlı qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Suriya ərazisindən 5 yaraqlı atəş açıb. Onlar bir türk hərbçisini öldürüb, ikisini yaralayıblar. Cavab atəşi ilə yaraqlıların hamısı öldürülüb, üç nəqliyyat vasitəsi məhv edilib, hərbçilər İŞİD-in mövqeyindəki silahları ələ keçiriblər.

“Yeni Şafak” qəzetinin yazdığına görə, 60 nəfər bordo bereli əsgərdən ibarət iki hərbçilər dəstəsi Suriyanın 9 km-dək içərisinə doğru irəliləyib. Bordo berelilərin İŞİD-in nəzarətində olan Ayyaşe kəndindəki düşmən mövqelərini məhv etdiyi bildirilir.

COMMENTS