Türkiyənin Muğla rayonunun Bodrum qəsəbəsində qaçaq yolla Yunan adalarına keçməyə çalışan suriyalı qaçqınları daşıyan təknə batıb, 17 nəfər ölüb.
Ölənlərin cənazələri Turgutreis limanına gətirilib.
Muğla valisi Amir Çiçek deyib ki, 8 metrlik təknəyə 37 nəfər minib. Valinin bildirdiyinə görə, 20 nəfərin həyatını qurtarmaq mümkün olsa da, 17 nəfərin cəzanəsi dənizdən çıxarılıb.
Vali hadisə ilə bağlı araşdırma başladıldığını da qeyd edib.
COMMENTS