Türkiyə XİN Fransa ilə bağlı xəbərdarlıq edib
Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi nəzərdə tutan və ya səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.
Xəbərdarlıqda Paris olmaqla digər şəhərlərdə təşkil edilən etiraz aksiyalarından uzaq olmaq, şəhərdaxili və şəhərlərarası yollarda ehtiyatlı olmaları tövsiyə edilib.
Xatırladaq ki, noyabrın 17-dən Fransada benzinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. “Sarı jiletlilər” adı altında keçirilən mitinqlərdə bugünə qədər 2 nəfər ölüb, 150-si polis olmaqla 850-dən çox insan xəsarət alıb.(trend.az)
Dosye.org
COMMENTS