Top.Mail.Ru

“Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub” – Səfir

“Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub” – Səfir

“İndiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub”.

Modern.az  xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ARB24 telekanalına açıqlamasında bildirib.

Səfi qeyd edib ki, həmin şəxslərdən ikisi artıq evə buraxılıb: “Çünki onların vəziyyətləri tam qənaətbəxşdir. Bir nəfər isə hələ ki xəstəxanadadır. Amma onun da vəziyyəti normaldır”.

X.İbrahim bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki tələbələrlə daim maraqlanır: “Türkiyədə təxminən 22 minə yaxın Azərbaycan vətəndaşı olan tələbə var. Türkiyədə 20 yaşdan aşağı olan şəxslərin küçəyə çıxması artıq mümkün deyil. Əgər hansısa əlahiddə bir vəziyyət olan zaman onlar bizə müraciət edirlər. Biz də onlara müvafiq inzibati, hüquqi dəstək göstərməyə çalışırıq və edirik. Onların maddi durumu, qidalanması və yataqxanalarla təmin olunması məsələləri də bizim diqqət mərkəzimizdədir”.

DOSYE.ORG

COMMENTS