Türkiyənin Niğde vilayətinin Ulukışla qəsəbəsində ikisi hərbçi və polis olmaqla üç nəfəri öldürən, 9 nəfəri yaralayan İŞİD-çilərin məhkəməsi təhlükəsizlik səbəbindən təxirə salınıb. Virtualaz.org saytı xəbər verir ki, bu terror hücumunu törədən İŞİD-çilərin ikisi Azərbaycan vətəndaşıdır.
Terror aktı ötən ilin martında törədilib. Bu hücuma görə 11 İŞİD-çi həbs edilib. Onlardan ikisi Azərbaycan, 6-ı Türkiyə vətəndaşıdır. Terrorçuların məhkəməsi Niğde vilayətində keçirilməli idi.
Lakin Ədliyyə Nazirliyinin məhkəməyə göndərdiyi məktubda deyilir ki, terrorçuların Ankaradan Niğdeyə aparılması zamanı konvoya hücum ediləcəyi və onların qaçırıla biləcəyi riski var. Digər tərəfdən İŞİD terrorçuları üzərində məhkəmə prosesini “bəzi qeyri-leqal qruplar” təbliğat vasitəsinə çevirə bilərlər.
COMMENTS