Türkiyədə baş redaktora atəş açanın adı açıqlandı

Türkiyə polisi bu gün İstanbuldakı Çağlayan Ədliyyə binasının qarşısında Türkiyənin tanınmış jurnalisti, “Cümhuriyyət” qəzetinin baş redaktoru  Can Dündara sui-qəsd cəhdi edən şəxsi yaxalayıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hücum edən Murat Sahin olub.

O, hazırda məhkəməsi gedən jurnalistə tərəf binanın qarşısında yaxınlaşıb “Sən satqınsan” deyərək odlu silahdan 2 dəfə atəş açıb.

Can Dindar yaralanmasa da, güllələrdən biri NTV-nin müxbiri Yavuz Şenkalın ayağını sıyırıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın şikayəti əsasında Can Dündara qarşı dövlət sirrini yaymaq ittihamı ilə cinayət işi qaldırılıb. O, 92 gün həbsdə yatdıqdan sonra sərbəst buraxılıb. Prokuror jurnalistin 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

COMMENTS