Türkiyədə dövlət çevrilişi planının üstü açıldı

Türkiyədə seçkiqabağı hakim Ədalət və İnkişaf Partiyasını (AKP) devirməyə çalışan dərin qüvvələr Cumhuriyyət Xalq Partiyası (CHP) danışıqlar keçirir.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, işə universitetlərdən başlayan xaos lobbisi Birləşmiş İyun Hərəkatı ilə CHP-dən vəkil göstərmək niyyətindədir.

Türkiyə tarixi bu ilin iyun ayının 7-də ən mühüm seçkilərindən birini keçirəcək. “Gezi parkı” hadisələriylə başlayıb 17 dekabr əməliyyatlarıyla ölkənin sabitliyi pozmaq istəyən dərin qüvvələr yenə işə başlayıb.

“Gezi parkı” hadisələrinə bənzər ixtisaslar törətmək istəyən qüvvələr Birləşmiş İyun Hərəkatı ilə planlarına start verməyə hazırlaşır. AKP-dən çox zəif partiyalar hökuməti devirmək üçün hər cür koalisiya yaratmağa hazırdır.

Əldə olunan məlumata görə Birləşmiş İyun Hərəkatı CHP-ni dəstəkləmək üçün təklif etdiyi adların millət vəkilliyinə namizəd göstərilməsini istəyib.

COMMENTS