Türkiyədə GÜCLÜ PARTLAYIŞ: Çox sayda yaralı var

Türkiyədə GÜCLÜ PARTLAYIŞ: Çox sayda yaralı var

Türkiyənin Kocaeli vilayətində fabrikin qazanxana hissəsində güclü partlayış baş verib.

Dosye.org xəbər verir ki, şəhərin Körfez rayonunda baş verən hadisə nəticəsində fabrikdə olan işçilərdən səkkizi yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın təsirindən fabrikdə yanğın meydana gəlib, lakin qısa zaman ərzində söndürülüb.

Faktla bağlı araşdırma başladılıb.

DOSYE.ORG

COMMENTS