Top.Mail.Ru

Türkiyədə komendant saatı: marketlərdə növbələr yarandı, dava düşdü

Türkiyədə komendant saatı: marketlərdə növbələr yarandı, dava düşdü

Xəbər verdiyimiz kimi, bu gündən Türkiyənin 31 vilayətində, eləcə də Ankara və İstanbulda koronavirusla mübarizə məqsədi ilə sakinlərə 48 saat ərzində evdən çıxmaq qadağası qoyulub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunun ardından İstanbulda sakinlər çörək və ərzaq mağazalarına, marketlərə axın edib. Nəticədə sıxlıq yaranıb. İstisna olunmur ki, bu, infeksiyanın bir neçə saat ərzində sürətlə yayılmasının təsir göstərə bilər.

Bayrampaşada isə növbə səbəbindən vətəndaşlar arasında dava düşüb.

Baş verənlər mobil telefonlarla lentə alınıb.

Həmin kadrları təqdim edirik:

COMMENTS