2015-ci ilin iyun ayından etibarən Türkiyədə 24 milyon nəfərin sürücülük vəsiqəsi dəyişəcək.
Bu barədə “Trend” “Hurriyet” qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, dəyişiklik sürücülük vəsiqələrinin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə ediləcək.
Bundan sonra hər 10 ildən bir sürücülük vəsiqələri dəyişəcək. Vəsiqələrin dəyişdirilməsi üçün yenidən imtahan vermək zərurəti olmayacaq.
Dəyişikliyə əsasən, bundan sonra Türkiyədə kateqoriyaların sayı 9-dan 17-dək artırılacaq və A1, A2, A, B1, B, BE, C1, C1E, C, CE, D1, D1E, DE, M, F, G və K katerqoriyaları mövcud olacaq.
Yeni dəyişikliklərə əsasən, avtomobili avtomatik sürət qutusu ilə idarə edən sürücülərə xüsusi “K” kateqoriyalı sürücülük vəsiqələri veriləcək.
COMMENTS