Türkiyədən Yunanıstana SƏRT REAKSİYA

Türkiyədən Yunanıstana SƏRT REAKSİYA

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan Prezidenti Katerina Sakellaropulunun açıqlamasına sərt reaksiya verib.

Publika.az “Sözcü”yə istinadla xəbər verir ki, Türkiyə XİN Yunanıstan prezidentinin türkləri “işğalçı” adlandırmasına münasibət bildirib.

“Əslində, Anadoluya girib işğala cəhd edən tərəf Yunanıstan olub. Prezidentin fikirləri yunan ordusunun Qərbi Anadolu bölgəsində başda günahsız dinc əhali olmaqla insanlığa qarşı cinayətlər törətdiyi gerçəyini dəyişmir. Bir daha xatırlatmaq istərdik ki, Yunanıstan 59-cu maddəyə əsasən, müharibə qanunlarına zidd hərəkətləri nəticəsində dəyən zərəri ödəməyə borclu idi. Söhbət Lozanna müqaviləsindən gedir. Yunanıstanın tez-tez səsləndirdiyi ittihamlar problemlərin həlli üçün iki ölkə arasında səmimi dialoq mühitinin yaradılması istiqamətində atılan addımlara kölgə salır”, – bəyanatda qeyd olunub.

COMMENTS