Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Hakurkda terror təşkilatı PKK/KCK üzvü “Mitra Mani” kod adlı Zeynep Aslan və “Ekin Dilda” kod adlı Zeliha Mahçupu zərərsizləşdirib.
DOSYE.ORG “NTV”yə istinadən xəbər verir ki, MİT-ə qadınların Türkiyədə strateji hədəflərə qarşı hücumlar təşkil etmək üçün təlim keçdikləri barədə məlumat daxil olub.
MİT Türkiyəyə keçməyə hazırlaşan terrorçuları addım-addım təqib edərək Hakurkda təşkil etdikləri əməliyyatla Aslan və Mahçupu zərərsizləşdirib.
Bildirilib ki, iki terrorçu 2015-ci ildə terror təşkilatının kənd əməkdaşlarına qoşulub.
COMMENTS