Türkiyə 185 vətəndaşını Azərbaycandan təxliyə etdi

Türkiyə 185 vətəndaşını Azərbaycandan təxliyə etdi

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda qalan 185 türkiyəli təxliyə edilib.

“Anadolu” agentliyi xəbər verir ki, aralarında üç körpənin də olduğu həmin şəxslər Türk Hava Yolları şirkətinə məxsus təyyarə ilə Ankaraya aparılıb. Esenboğa Hava Limanında onları həkim heyəti qarşılayıb.

Həmin şəxslər tibbi yoxlanışdan keçdikdən sonra karantində saxlanılmaları üçün Zonquldağa göndəriliblər.

DOSYE.ORG

COMMENTS