Türkiyə Hərbi Dəniz Qüvvələrinin 10 eks-admiralı HƏBS EDİLDİ

Türkiyə Hərbi Dəniz Qüvvələrinin 10 eks-admiralı HƏBS EDİLDİ

Türkiyə polisi Hərbi Dəniz Qüvvələrinin 10 keçmiş admiralını həbs edib.
Onlar kollektiv məktubla İstanbul Boğazları haqqında Montre konvensiyasının müdafiəsinə qalxmışdılar.
Həmin məktuba ümumilikdə, 103 keçmiş türkiyəli admiral qol çəkmişdi.
Boğazlar haqqında Montre konvensiyası 1936-cı ildə imzalanıb. Razılaşma Bosfor və Dardanel boğazlarından xarici gəmilərin keçməsi üçün şərtləri müəyyənləşdirib.

COMMENTS