Türkiyə mətbuatı “Qarabağ” ın tarixi qələbəsindən yazdı

Türkiyə mətbuatı “Qarabağ” ın tarixi qələbəsindən yazdı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə “Dnepr”i məğlub etməsinə Türkiyə mətbuatı da biganə qalmayıb.

 

Qol.Az-ın məlumatına görə, ölkənin “NTV Spor” telekanalının saytı, “Doğan” və “Cihan” xəbər agentlikləri, sporx.com, cumhuriyet.com.tr, haber3.com, haberciniz.com saytları Ağdam təmsilçisinin Ukraynadakı zəfəri barədə yazıblar.

Türkiyə KİV-ləri “Qarabağ”dan tarixi qələbə” başlıqlı xəbərdə komandanın bu qələbə ilə qrupda ikinci pillədə yüksəldiyini qeyd ediblər.

Xatırladaq ki, “Dnepr”i məğlub edən “Qarabağ” Avroliqanın qrupunda qələbə qazanan ilk Azərbaycan klubu olub.

COMMENTS