Türkiyə ordusu yüzlərlə terrorçunu MƏHV EDİB

Türkiyə ordusu yüzlərlə terrorçunu MƏHV EDİB

İraqın şimalında davam edən “Pəncə-Kilid” əməliyyatında indiyədək Türkiyə ordusu 400-dən çox sığınacaq və mağaranı məhv edib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

Nazir İraqın şimalında həyata keçirilən əməliyyat çərçivəsində 371 terrorçunun zərərsizləşdirildiyini bildirib.

“Mehmetçik əvvəllər “əlçatmaz” deyilən anlayışı məhv edib. Şükürlər olsun ki, “əlçatmaz” deyilən bütün yerlərə daxil olmuşuq”, – deyə Akar qeyd edib.

COMMENTS