Türkiyədə 1 iyuldan şadlıq evləri xidmətə başlayacaq

Türkiyədə 1 iyuldan şadlıq evləri xidmətə başlayacaq

“Türkiyədə artıq restoranlar, kafelər saat 00:00-dək fəaliyyət göstərə biləcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri başlayandan sonra nazirlərlə ilk dəfə keçirdiyi canlı toplantıdan sonrakı çıxışında belə deyib.

Prezident bildirib ki, film və teatr nümayişi 1 iyuldan müəyyənləşdirilmiş qaydalarla fəaliyyətə başlayacaq. Yaşı 65-dən yuxarı olan Türkiyə vətəndaşlarının hər gün səhər saat 10:00-dan axşam saat 20:00-a qədər küçəyə çıxa biləcəyini deyən Ərdoğan yeni normallaşma dönəmində 18 yaşa qədər olan gənclər üçün küçəyə çıxma qadağasının ləğv edildiyini qeyd edib.

Ərdoğan əlavə edib ki, nikah salonları 15 iyundan xidmətə başlayacaq, şadlıq evlərinin fəaliyyətinə, toy mərasimlərinə isə 1 iyuldan icazə veriləcək.

DOSYE.ORG

COMMENTS