Türkiyədə avtobus qar uçqununa düşdü

Türkiyədə avtobus qar uçqununa düşdü

Türkiyənin Van şəhərinin Bahçesaray rayonunda qar uçqunu olub.

Uçqun sərnişin avtobusunun üstünə düşüb. İçərisində 10-15 sərnişinin olduğu avtobusun uçqundan çıxarılması işləri davam etdirilir. Qar altından artıq 5 nəfər sərnişin çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işlərinə texnika ilə yanaşı yerli sakinlər də cəlb olunub.

Qarın yağmağa davam etməsi və görmə məsafəsinin azalması axtarış işlərini çətinləşdirir.

DOSYE.ORG

COMMENTS