Türkiyədə silahlı hücum olub, ölən və yaralananlar var

Türkiyədə silahlı hücum olub, ölən və yaralananlar var

Türkiyənin Ədirnə vilayətində kafeyə silahlı hücum olub.

Bu barədə “Haber Türk” məlumat yayıb.

İpsala rayonunda ov tüfəngi ilə silahlanmış şəxs kafeyə girərək ətrafa atəş açıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb.

Onlardan ikisi xəstəxanada dünyasını dəyib.

APA

COMMENTS