Türkiyədə zəlzələ qurbanlarının sayı 48 minə çatdı

Türkiyədə zəlzələ qurbanlarının sayı 48 minə çatdı

Türkiyə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 48 min nəfər çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

Onun sözlərinə görə, yaralananların sayı 115 mini keçib, 50 min binanın dağılıb.

Türkiyə prezidenti bildirib ki, belə bir fəlakət qarşısında Türkiyədən daha sürətli reaksiya verə biləcək ikinci ölkə yoxdur.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

COMMENTS