Türkiyəyə təhdid: İsrail ABŞ-la məxfi danışıqlara başladı

İsrail Türkiyəyə F-35 təyyarələrinin verilməsindən narahat olmağa başlayıb.

Axar.az xəbər verir ki, bu iddia ilə “Harets” qəzeti çıxış edib. Qəzet Təl-Əvivin artıq ABŞ-la danışıqlara başladığını bildirib:

“İsrail bölgədə bu təyyarələrin tək sahibi olmaq istəyir. F-35-lərin sirlərinin digər ölkələr sızmasından qorxan İsrail regional rəqabətdə olduğu Türkiyəyə bu təyyarələrin verilməsini özü üçün təhdid sayır”.

İsrail Müdafiə Nazirliyi artıq məlumatı təkzib edib. Nazirlik ABŞ-la danışıqlar aparmadığını, amma F-35-lərin Türkiyəyə verilməsini diqqətlə izlədiklərini deyib.

Dosye.org

COMMENTS