
Ölümdən qaçıb yollara düşən türkmənlər və ərəblər Türkiyə sərhədinin yolunu tutub. Onlardan bəziləri Suriya tərəfindən etibarlı şəkildə çadırlara yerləşdirilib, bəziləri də sərhəddə gələrək Türkiyəyə keçmək istəyib.
Türkiyəyə keçmək istəyən ailələr, sərhəddəki təhlükəsizlik qurumları tərəfindən ölkəyə qəbul edilir. Sığınacaq axtaran türkmənlər arasında azyaşlılar, hətta köç zamanı doğulan körpələr də var.
Türkiyə tərəfi isə sərhəddə qədər gələn suriyalıların yerləşdirilməsi zamanı qadınların, uşaqların və qocaların yerləşdirilməsinə daha çox üstünlük verir.
Neytral bölgədə qurulan səhra xəstəxanasında tibbi yoxlanışdan keçirilən ailələrə, Türk Qızıl Ay təşkilatı tərəfindən su və qida paylanır.
Türkiyə mətbuatının məlumatına görə, son 2 ayda 40 mindən çox insan evini tərk edərək, İdlib və Lazkiyə səhrasında etibarlı sığınacaq axtarırlar.
Türkiyə yardım təşkilatı tərəfindən göndərilən çadırlara yerləşən ailələrdən 1300-ü Türkiyəyə yerləşdirilib.
COMMENTS