Turun mərkəzi oyunu – “Sabah” “Qarabağ”a qarşı

Turun mərkəzi oyunu – “Sabah” “Qarabağ”a qarşı

Bu gün Misli Premyer Liqasında 16-cı tura start veriləcək.

QOL.az xəbər verir ki, günün ilk matçında “Səbail” öz meydanında “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Ardınca turun mərkəzi oyununda “Sabah” “Qarabağ”la üz-üzə gələcək.

Hazırda Ağdam klubu 37 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 22 xalla beşinci pillədə qərarlaşıb.

Ötən tur Vasili Berezutskinin rəhbərliyi altında çempionatda ilk oyununa çıxan “Sabah” 7 matçlıq qələbə həsrətinə son qoydu.
“Qarabağ” isə son 3 turu maksimum nəticə ilə başa vurub. Qurban Qurbanovun komandası sonuncu dəfə 12-ci turda “Turan Tovuz” səfərində xal itirib (0:0).

Qeyd edək ki, bu komandaların ilk dövrədəki oyununda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib.

Misli Premyer Liqası

16-cı tur

7 dekabr (şənbə)

18:00. “Sabah” – “Qarabağ”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“Bank Respublika Arena”

15:00. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər:
 Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: İnqilab Məmmədov
“ASCO Arena”

8 dekabr (bazar)

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər
: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tovuz şəhər stadionu

18:00. “Sumqayıt” –“Neftçi”
Hakimlər:
 Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

9 dekabr (bazar ertəsi)

19:00. “Turan Tovuz”– “Şamaxı”
Hakimlər:
 Kamal Umudlu, Vüsal Məmmədov,  Asiman Əzizli, Rauf Allahverdiyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov

Tovuz şəhər stadionu

COMMENTS