Top.Mail.Ru

Tvitter terrorçuya “rəsmi” status verdi

Tvitter terrorçuya “rəsmi” status verdi

Tvitter Türkiyədə qırmızı bülletenlə axtarışda olan SDQ rəhbəri – terrorçu Məzlum Kobaniyə aid hesaba “rəsmi” status verib.

Axar.az xəbər ki, Tvitterin sözügedən qərarı Türkiyədə kəskin narazılıqla qarşılanıb.

Əsl adı Fərhad Abdi Şahin olan terrorçu “Şahin Cilo” və “Məzlum Kobani” ləqəbləri ilə də tanınır. 2015-ci ildən Türkiyənin Daxili İşlər Nazirliyinin “ən çox axtarılanlar” siyahısının qırmızı kateqoriyasında 9-cu sırada adı qeyd olunub. Terrorçunun başına 4 milyon lirə mükafat qoyulub.

Ayrı-ayrı vaxtlarda Türkiyənin müxtəlif şəhərlərində törədilmiş 8 teraktla bağlı əmri verən şəxs məhz Fərhad Abdi Şahindir.

DOSYE.ORG

COMMENTS