Üç ayda 400 uşaq İŞİD-ə qoşulub

İngiltərə mərkəzli Suriya İnsan Haqları təşkilatı İŞİD-in son üç ay içində 400 uşağı tərkibinə qatdığını və “Xilafətin balaları” adını verdiyi bir hərbi təhsil proqramı meydana gətirdiyini açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, təşkilatın direktoru Rami Abdulrahman deyib ki, casus belə olaraq istifadə edilən uşaqlar məktəblərdən, məscidlərdən və ictimai yerlərdəm toplanaraq İŞİD-in tərkibinə qatılır.

Abdulrahmana görə, IŞİD-in uşaqlara yönəlməsinin səbəbi Türkiyənin sərhədə nəzarəti gücləndirməsi səbəbindən terror təşkilatına yeni yetkin adamların qoşula bilməməsidir. İŞİD-in ailələri öz uşaqlarını düşərgələrə göndərməsi üçün təşviq etdiyi, bəzi uşaqları ailələrindən icazə almadan təşkilata qatdığı açıqlandı. Pulla aldadılan uşaqlara düşərgələrdə atəş etmək, döyüşmək və casusluq etmək öyrədilir.

COMMENTS