Üç azərbaycanlı ailə rusların nəzarətində olan kənddən çıxa bilmir – Video

Üç azərbaycanlı ailə rusların nəzarətində olan kənddən çıxa bilmir – Video

Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxilə etməsi nəticəsində bu ölkədə olan Azərbaycan vətəndaşları problemlər yaşamaqda davam edirlər.

Ukraynanın müxtəlif şəhər və rayonlarında qalan çoxlu sayda Azərbaycan vətəndaşları təxliyə ediləcəyi günü gözləyirlər.

Yenipress.az xəbər verir ki, uşaqlar və hamilə qadının da olduğu 3 azərbaycanlı ailə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçən kənddə qalıblar.

3 ailənin 15 üzvü Başdansk rayonunda yerləşən kəndlərdən birində yaşayırdı. Ancaq yaşadıqları  kənd atəşə tutulduğundan, onlar hazırda bu rayonun Mixayilovka kəndindəki bir fermada qalmalı olublar.

Həmin kənd Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçdiyindən onlar heç cür ərazini tərk edə bilmirlər. Onlar deyirlər ki, məhz bu səbəbdən ərzaqla təminatda problem yaşayırlar.

DOSYE.ORG

COMMENTS