Üç gün iş olmayacaq

May ayının 30-da qeyri iş günü olacaq.

Bu barədə Dosye.org saytına Nazirlər Kabinetindən məlumat verilib.   Bildirilib ki, 28 May – Respublika Günü bu il şənbə gününə düşür. Buna görə də iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. 

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. 

Bununla da beşgünlük qrafiklə çalışanlar üç – şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edəcəklər.   

Dosye.org

COMMENTS