Ucar rayon sakinləri tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli Prezident !Hörmətli Mehriban xanım !
Hörmətli Nazir ! Hörmətli Ombudsman !
Bu şikayət ərizəsini imzalayan hər bir Ucar rayon sakini Samir Nuriyevin kobud rəftarına, təhqqirinə, qanunsuz əməllərinə məruz qalıb.Buna görə biz qərara aldıq ki, mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə və Ombudsmana müraciət edək.
Xahiş edirik şikayət ərizəmizi yerində bizim iştirakımızla araşdırıb vətəndaşlarla etkadan kənar kobud rəftar edən, insanları açıq-aşkar çəkinmədən təhqqir edən Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin barəsində ciddi tədbirlər görəsiniz.
Sonradan mənə tanışlar dedilər ki, Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin xasiyyəti belədir insanlarla belə etikadan kənar kobud şəkildə davranır həttda əlbə-yaxa davalarda edir, artıq bu vəzifəyə təyin edildiyi qısa müddət ərzində insanlara arasında ciddi narazılıqlar yaradıb.
Mən Şirinov Raqif Ayaz oğlu himayəmdə iki azyaşlı uşağım var.Həyat yoldaşım və mən işsizik.İşlə təmin olunmaq üçün uzun müddətdir ki, Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam.İşlə maraqlanmaq üçün Ucar rayon Məşğulluq Mərkəzində getmişdim.Həmin vaxt mərkəzin müdiri Samir Nuriyev mənimlə kobud rəftar etdi acılayıb mənə dedi ki, işin yoxdur ailəni dolandıra bilmirsənsə get özünü öldür. Mən bundan çox məyus oldum həttda gözüm qaranlıq gətirdi ki, ali təhsilli idarə rəhbərinin mənə gör nə təklif edir.Bunu təsdiq edən şahidlər var ki, araşdırma aparılan zaman adlarını göstərəcəm. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev demək olar ki, hər gün vətəndaşlarla belə kobud rəftar edir acılayıb təhqqir edir.Belə tərbiyəsiz insanın dövlət qulluğunda işləməsi yolverilməzdir.Onuda qeyd edim ki, bu barədə şikayət ərizələri ilə müraciətlər etdikdən sonra işlə təmin olunmuşam.Ancaq xahişim belə yaramaz tərbiyəsiz insanın qanunu qaydada cəzalandırlmasıdır.
Mən SəfiyevHaqverdi Səfi oğlu 3-cü qrup gözdən əliləm ki, buna görə hər ay 230 manat təqaüd alıram. Himayəmdə böyüyünün 8, ortancılının 7 yaşı və kiçiyi 9 aylıq olmaqla 3 uşağım var.İki uşağım məktəbli olsada imkansızlıqdan dərsə getməyiblər.Çünki ailəmizdə heç kəs işləmir.Ancaq 3-cü qrup əliliyə görə aldığım 230 manatın ümüdünə aclıq, yoxsulluq və səfalət içində yaşayırıq.Buna isə yaşamaq demək olmaz.Həmçinin sağ gözüm kordur. Kənddə yaşasaqda iri və xırdabuynuzlu heyvanlarımız yoxdur.Tövləmiz və torpaq sahimz var.Ancaq maddi imkanımız yoxdur ki, iri və ya xırdabuynuzlu heyvan alıb saxlayıb gəlir əldə edib normal dolanaq. Buna görə mən özünüməşğulluq proqramında iştirak edib aktivlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə müraciət etdim. Müdir Samir Nuriyev mənə qarşı kobudluq göstərdi etik normalara uyğun olmayan kobud rəftar etdi.Bu adam vətəndaşlarla çox kobud nifrət və qəzəblə rəftar edir.Buna görə mən bir daha Ucar rayon Məşğulluq Mərkəzinə getmədim.Çünki Samir Nuriyevin etikadan kənar tərbiyəsiz hərəkətləri mənə çox pis təsir göstərdi.
Mən İsmayılov Fikrət Qüdrə oğlu bildiriəm ki, ailəm 4 azyaşlı uşaq olmaqla 6 nəfərdən ibarətdir. Özüm “DOST” İş Mərkəzi MMC-nin xətti ilə ictimai işlərdə fəhlə işləyirəm ki, buna görə ayda 250 manat maaş alıram.4 azyalşı uşağın 6 nəfərlik ailənin başqa gəliri yoxdur.Buna görə acınacaqlı vəziyyətdə yaşayırıq. Elə olur ki, adi quru çörək almağa maddi imkanımız olmur. Aldığım maaş 6 nəfərlik ailənin 10 gün normal yaşamağına güclə çatır. Həyat yoldaşım işlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzində bir ildən çoxdur ki, qeydiyyatdadır.Həyat yoldaşımın işlə nə vaxt təmin olunması üçün 12 may 2020-ci il tarixdə Ucar rayon Məşğulluq Mərkəzində oldum.Həmin vaxt idarənin müdiri Samir Nuriyev məni heç bir əsas olmadan mənimlə kobud rəftar edib alçaldıb məni idarədən qovdu. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev mənə dedi ki,”Prezident İlham Əliyevin göstərişi var bir ailədən bir nəfər işləyə bilər, buna görə sənin həyat yoldaşın işlə təmin oluna bilməz, sən kanal zibil təmizləyənə oxşamırsan üstün təmizdir, başına mola papağı qoymusan get mollalığını et” Mən Samir Nuriyevi etikalı səbirli sakit danışmağa kobudluq etməməyi xahiş etsəmdə o dahada coşub mənə qışqıra-qışqıra dedi ki, sənin kimilər acından ölməlidirlər rədd ol çıx buradan get”
Mənə Ucar rayon sakinləri dedilər ki, Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev daima insanlarla belə etikadan kənar kobud şəkildə davranır həttda əlbə-yaxa davalarda edir, artıq bu vəzifəyə təyin edildiyi qısa müddət ərzində insanlara arasında ciddi narazılıqlar yaradıb.
Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev insanlarla kobud rəftar edir qanunsuzluğa süründürməçiliyə yol verir.Onun bu qanunsuz hərəkətlərinə görə mənim 4 nəfərlik ailə üzvülərim aclıq içində yaşamağa məhkum edilib.
Hansı qanuna əsasən mənimlə birlikdə təlimdə iştirak etmiş 16 nəfərə aktiv verildiyi halda mən bu hüquqdan məhrum edilmişəm ?
Mən Həsənov Sarvan İbrahim oğlu özünüməşğulluğa görə qeydiyyatda idim.Ucar rayon Məşğulluq Mərkəzinin əməkdaşları gəlib tövləmə baxış keçirdilər.Həmin vaxt qonşuluğumda yaşayan qardaşım Sərxanın heyvanları mənim həyətyanı sahəmdə otlayırdı.Mən onlara bunu izah etdikdə bəhanə gətirib mənə həmin proqramdan qanunsuz olaraq çıxardılar.Mən onlara izah etdim ki, kənd icra nümayəndəsindən arayış alın soruşun ki, mənim iri və xırda buynuzlu heyvanım yoxdur.Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev üstümə qışqırıb dedi ki, “bizi ələ salmısan sən kimsən ağıllı ol heyvana oxşayan”.
Bu insanın dövlət işində işləməsi yol verilməzdir.Qeyd edim ki, Ucar rayonda elə vətəndaşa özünüməşğulluq proqramı ilə iri və xırda buynuzlu heyvanlar verilib ki, onlar işləyirlər, həyətyanı onların heyvanları var.Buna dair faktlarım var.
Hörmətli Prezident !Hörmətli Mehriban xanım !
Biz bu şikayət ərizəsini imzalayan Ucar rayon sakinləri xahiş edirik vətəndaşlarla etikadan kənar davranan, dövlət qulluğu vəzifəsinə yaramayan Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin tərbiyəsiz davranışları araşdırlsın barəsidnə ciddi tədbirlər görülsün.
İmza; Ucar rayon sakinləri
COMMENTS