Ucarda məmurlar vətəndaşların torpağını biznesmenə satıblar

Ucar rayonunun üç sakini qanunsuzluqla üzləşib. JAM.AZ-a müraciət edən Nigarxanım Kərimova, Kütah Əliyeva və Süsanə Hüseynova 1997-ci ildə aldıqları, əllərində qanuni sənədləri olan torpaqlaarının icra başçısının müavinin əliyə əllərindən alındığını və başqa adama satıldığını vurğulayıblar. 

Onlar bildirib ki, 1997-ci iltarixdən qanunu qaydada aldıqları torpaq sahəsini başqa şəxsə satıblar. “Belə ki, qanunu qaydada aldığımız torpaq sahəmizi imkanlı və vəzifəli şəxslərlə əlbir olub saxtakarlıqla və rüşvət hesabına əlimizdən almaq istəyirlər. Həmin torpaq sahəsini 1997-ci ildə Ucar Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə almışıq. 2005-ci ildə Ucar bələdiyyəsindən qərar verilib və 2010-cu ildə isə Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən çıxarış almışıq. Bütün qanunu sənədlərimiz var. Bütün bunlara baxmayaraq həmin torpaq sahəmizi tam qanunsuz olaraq Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müdiri Rafiq Hacıyev və Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov 2014-cü ildə Qasımov Etibar adlı imkanlı şəxsə satıblar. Bunların saxtakarlıqlarına diqqət yetirin 04 İyul 2014-cü ildə Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyevin iş otağında həmin yerin bizə məxsus olmadığı barədə saxta akt tərtib etdirir, bizim şikayətlərimizdən sonra Torpaq və Xəritəçəkmə Komitəsinin göstərişi ilə torpağa baxış keçirilir və yeni akt tərtib edilir ki, torpağı Etibar Qasımovdan əvvəl bizə qanunu qaydada satılıb, hər iki torpaq sənədlər üst-üstə düşür. Sual olunur ki, Ucar icra başçısının müavini qanunu torpağımızın bizə məxsus olmadığı barədə 04.07.2014-cü il tarixdə tərtib etdiyi aktdan 2 ay sonra, 16.09.2014-cü il tarixdə tərtib edilən akt nəyə görə kəskin ziddiyət təşkil edib ? Məqsəd saxtakarlıqla bizi aldadıb Etibar Qasımovdan aldıqları küllü miqdarda rüşvəti mənimsəməkdir”.

Şikayətçilər deyirlər ki, hazırda Ucar rayon məhkəməsində məsələ ilə bağlı proses keçirilir. Bu mübahisə üzrə ekspertiza keçirilməsi üçün sənədlər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilİb. “Etibar Qasımov isə rayonda bütün tanışlarına deyib ki, “Artıq Məhkəmə Ekspertizası Mərkəzi ilə danışıb razılaşmışam. Mənim xeyrimə rəy veriləcək. Hər şey pulun başındadır”. Bu bizim qanunu , haqq-halal torpağımızdır. Onların gördükləri bu saxtakarlıqdan başqa , həm də cinayətdir.Biz inanmırıq ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində rüşvət yox, obyektivlik əsas götürüləcək və ədalətli rəy veriləcək”.1416551226 ucar

COMMENTS