Roma Papası: “Pul və gücə ac olanların bəşəriyyətlə savaşı gedir…”
Roma Katolik Kilsəsinin və Vatikanın dövlət başçısı, 266-cı Roma Papası olan Fransisk şənbə günü İtaliyada yerləşən Avstriya-Macarıstan qəbiristanlığını ziyarət edib.
Musavat.com-un Avropa müxbiri yazır ki , Birinci Dünya Müharibəsinin başlamasının 100 illiyi ilə bağlı keçirilmiş tədbirdə Poma Papası bəyan edib ki, müharibə ağılsızlıqdan başqa bir şey deyil. Bu barədə “The Associated Press” agentliyi xəbər yayıb.
“Demək olar ki, üçüncü dünya müharibəsi qismən başlayıb. Bu müharibə kütləvi cinaytlərlə əlaqəlidir, kütləvi qırğınlara bağlıdır, dağıdıcılıqdan qidalanır”, İsanın Yer üzərində nümayəndəsi deyib.
Birinci Dünya Müharibəsində qurban getmişləri yad edən Vatikanın dövlət başçısı qeyd edib ki, bu gün də geosiyasi maraqlara, uydurma strategiyalara görə qarşıdurmalar var. Pul və güc əldə etmək üçün ac olanların bəşəriyyətlə savaşı gedir…
COMMENTS