Azərbaycandan üçüncü ölkəyə təhvil verilən və bundan sonra Ermənistana qayıdan hərbi əsir Akop İnciqulyan yenidən Ermənistan ordusunda xidmət edəcək.
Modern.az saytı erməni KİV-nə istinadən xəbər verir ki, Akop İnciqulyanın sağlamlıq vəziyyətini müayinə edən ekspert komissiyası onun Ermənistan ordusunda xidmətə yararlı olduğunu bildirib.
Qeyd edək ki, erməni əsgəri olan Akop İnciqulyan 2013-cü ilin avqustun 8-də qoşunların təmas xəttini keçib və Azərbaycan tərəfinə təslim olub. O, əsgər yoldaşları və zabitlər tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirirdi.
Bu ilin avust ayının sonlarında isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib. Bundan sonra isə Akop İncuqulyan oktyabrın 2-də Ermənistana qayıdıb.
COMMENTS