Top.Mail.Ru

UEFA son 50 ilin reytinqini açıqladı – “Qarabağ”…

UEFA son 50 ilin reytinqini açıqladı – “Qarabağ”…

UEFA Avropa Liqasında (eyni zamanda, ləğv edilmiş UEFA və Kuboklar kuboku) son 50 ilin reytinq cədvəlini açıqlayıb.

Qol.az xəbər verir ki, 1971-2020-ci illər üçün nəzərdə tutulan siyahıda Azərbaycanın 16 klubu yer alıb. Onlardan ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Avropada əsas uğurlarını Qurban Qurbanovun rəhbərliyi altında qazanmış Ağdam təmsilçisi 69 xalla 983 klub arasında 118-ci pillədə qərarlaşıb.

“Neftçi” 34 xalla 216-cı, “Qəbələ” 27 xalla 248-cidir. “Xəzər Lənkəran” (10 xal) 471, “Zirə” (5 xal) 601, “Karvan” (5 xal) 606,  “Bakı” (5 xal) 631, “Kəpəz” (3 xal) 715, “Olimpik-Şüvəlan” (AZAL, 2 xal) 758-ci, “MKT Araz” (1 xal), 819, “Xəzri Buzovna” (1 xal) 861-cidir.

“Səbail” (876-cı yer), “Simurq” (902), “Turan” (939), “Şəfa” (940) və “Şəmkir”in (950) isə xalı yoxdur.

DOSYE.ORG

COMMENTS