Top.Mail.Ru

“Uğurlu Gələcək”- Nərimanov rayonun fəal gənci Gülbəniz Cəfərova YAZIR

“Uğurlu Gələcək”- Nərimanov rayonun fəal gənci Gülbəniz Cəfərova YAZIR

Qoşulmama Hərəkatı soyuq müharibə dövründə yaranmasına baxmayaraq, 21-ci əsrdə də öz aktuallığını qoruyub saxlayıb. Bu hərəkat üzvlərinin sayına görə Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hərəkat barədə “Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir” deyə qeyd etmişdir.

Azərbaycan 2011-ci ildən sözügedən hərəkatın üzvüdür. Ölkəmiz Qoşulmama Hərəkatının üzvü olduğu 9 il ərzində, siyasi təsisatın üzv dövlətləri arasında əməkdaşlığın sıxlaşdırılması, həmçinin qurumun məqsəd və prinsiplərinin inkişafı istiqamətində öz töfhələrini vermişdir. Məhz bunun məntiqi nəticəsi kimi, Azərbaycan Qoşulmama Hərəkatının XVIII samitində təşkilatın 2019-2022-ci illər ərzində sədri seçilmişdir. Ölkəmizin bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu, həmçinin heç bir bloka qoşulmaması bu hərəkatın əsas prinsipləri ilə tam uyğun gəlir.

Azərbaycan Respublikası hərəkata üzv olduğu müddətdə, özünün beyləlxalq hüquqa və ədalətə əsaslanan xarici siyasəti ilə üzv dövlətlər arasında böyük nüfüz sahibi olmuşdur.

Təəssüf ki, bu gün bütün dünyada COVİD-19 pandemiyasının sürətlə yayılması fonunda bəzi dövlətlər və regional institutlar çaşqınlıq içərisində qalaraq, qlobal əməkdaşlıq çərçivəsində həmrəylik göstərə bilmədilər. COVİD-19 pandemiyası ilə mübarizə və bu virusun vurduğu ziyanların aradan qaldırılması istiqamətində qlobal səylərə səmərəli töfhə vermək məqsədi ilə Azərbaycan Respubilkasının prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbüsü ilə “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda hərəkatın Təmas Qrupunun onlayn zirvə görüşünün keçirilməsi belə bir şəraitdə tarixi hadisədir.

“Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik” deyə qeyd edən İlham Əliyev pandemiya şəraitində ölkədə koronovirusun yayılmasının qarşısının alınması üçün vaxtında həyəta keçirilən çevik və qabaqlayıcı tədbirlər barədə məlumət verərək, insanların sağlamlığının və onların sosial müdafiəsinin təmin edilməsinin pioritet məsələ olmasına diqqət çəkib.

Məhz görülən qabaqlayıcı tədbirlər sayəsində bu gün ölkəmizdə yoluxma halların azalması müşahidə olunmaqdadır. Pandemiya dövründə əhalinin sosial rifahı diqqət mərkəzində olmuşdur. 600 min insana 190 manat məbləğində müavinətlərin verilməsi, 1 milyon 629 min işçinin, habelə dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə isə 719 min işçinin əmək haqqı saxlanılmaqla məşğulluğunun təmin edilməsi və s. kimi görülən işlər insanların sağlamlığının və onların rifah halının yüksəldilməsinin Prezident İlham Əliyevin siyasətinin mərkəzində dayandığını bir daha sübut edir.

Azərbaycan Respublikasının koronavirusla mübarizə istiqamətində gördüyü tədbirlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Zirvə toplantısında çıxışında Azərbaycan hökumətinin təşkilata verdiyi dəstəyi yüksək qiymətləndirib. O, Azərbaycan hökumətinə və xalqına ÜST-ə 5 milyon dollar həcmində maliyyə dəstəyinə görə təşəkkür edib həmçinin təşkilata əlavə olaraq 5 milyon dollar həcmində yardım göstərdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan milli səviyyədə COVİD-19-la mübarizədə səmərəli və qətiyyətli tədbirlər görür, həmçinin qlobal miqyasda əməkdaşlıq səylərinin gücləndirilməsinə və həmrəyli ilə öz töfhələrini verir.

COMMENTS