“Ukrayna bir milyondan çox PUA istehsal etməyə hazırdır” –Baş nazir

“Ukrayna bir milyondan çox PUA istehsal etməyə hazırdır” –Baş nazir

“Ukrayna bir milyondan çox dron istehsal etməyə hazırdır”.

DOSYE.ORG UNİAN-a istinadən bildirir ki, bu barədə baş nazir Denis Şmıqal mətbuat konfransında deyib.

“Biz öz istehsalımızı gücləndirmək üçün kifayət qədər əhəmiyyətli addımlar atmışıq. Prezident Vladimir Zelenski bir milyon PUA istehsalını hədəf kimi qoyub. Ukrayna bazarı 1 milyondan çox dron istehsal etməyə hazırdır”.

Şmıqalın sözlərinə görə, dronların alınmasını təşkil etmək üçün təxminən 40 milyard qrivna ayrılıb.

“Biz bütün vəsaitin 50%-ni Ukraynada silahların alınmasına xərcləməyi planlaşdırırıq. Biz texnoloji müharibədə qalib gəlmək üçün dronlara və elektron müharibə sistemlərinə diqqət yetiririk”, – hökumət başçısı bildirib.

Bundan əlavə, o qeyd edib ki, Ukrayna dünya silah bazarının liderləri ilə əməkdaşlıq edir. “Artıq bağlanmış 5 müqavilədən, müştərək müəssisələrin yaradılmasından danışmaq olar. Gələcəkdə onlarla birgə istehsalat olacaq”, – baş nazir qeyd edib.

Şmıqal həmçinin bildirib ki, 2024-cü ilin əvvəlindən hökumət müdafiə xətlərinin möhkəmləndirilməsi və tikintisi üçün dövlət büdcəsinin ehtiyat fondundan təxminən 20 milyard qrivna ayırıb.

COMMENTS