Ukrayna Dağıstana hücum etdi

Ukrayna Dağıstana hücum etdi

Dağıstan respublikasının Kaspiysk şəhərinə PUA hücumu edilib.

Bu barədə respublikanın rəhbəri Sergey Melikov məlumat yayıb.

“Bu gün səhər saatlarında Kaspiyskdə pilotsuz uçuş aparatları görünüb. Onların zərərsizləşdirilməsi üçün bütün lazımi tədbirlər görülür. Hazırda dağıntı və tələfat qeydə alınmayıb”, – Melikov bildirib.

COMMENTS