Ukrayna hərbi xərcləri rekord səviyyədə artırır

Ukrayna hərbi xərcləri rekord səviyyədə artırır

Ukraynanın 2023-cü il büdcəsinə yenidən baxaraq, hərbi xərcləri 500 milyard qrivna (13,6 milyard dollar) artırmaq planlaşdırılır.

Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

“2023-cü ilin büdcəsində dəyişiklik nəzərdə tutulur. Hərbi xərclər yarım trilyon qrivnadan çox artırılacaq”, – deyə deputat öz “Telegram” kanalında yazıb.

Qeyd edək ki, təkcə ABŞ bir il ərzində Ukraynaya yardım üçün 77,5 milyard dollar xərcləyib. Eyni zamanda, Aİ ölkələri və Britaniya da Kiyevə 10 milyardlarla dollarlıq ciddi dəstək nümayiş etdiriblər.

DOSYE.ORG

COMMENTS