“Ukrayna məsələsində həlledici mərhələ hələ qabaqdadır”

“Ukrayna məsələsində həlledici mərhələ hələ qabaqdadır”

“Ukrayna məsələsində həlledici mərhələ hələ qabaqdadır”

Bunu Moderator.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib. Politoloqun sözlərinə görə, Saakaşvilinin Şərqi Ukraynaya səfərləri Rusiyanın bu bölgədə əvvəlki nüfuzunu itirdiyindən xəbər verir:

“Ukrayna məsələsində həlledici mərhələ hələ qabaqdadır. Son zamanlar Ukraynada qubernator postu almış Mixail Saakaşvilinin Şərqi Ukrayna torpaqlarına səfəri, orada əhali ilə görüşləri göstərir ki, Rusiya artıq ordakı əhali arasında tam iflasa uğrayıb. Rusiyanın Ukraynada bir nömrəli düşmən elan etdiyi şəxs məhz Mixail Saakaşvilidir. Saakaşvili isə cəsarətlə gələrək Rusiyapərəst kəsimin mərkəzi olan Xarkovda əhali ilə görüşlər keçirir. Bu, artıq Rusiyann iflası deməkdir. Mən düşünürəm ki, Ukraynada vəziyyət bizdəkindən çox fərqlidir”.

COMMENTS